Gənc aktrisa çəkiliş zamanı ÖZÜNÜ ÖLDÜRDÜ

Gənc aktrisa çəkiliş zamanı ÖZÜNÜ ÖLDÜRDÜ
Hindistanlı aktrisa Tunişa Şarma kino çəkilişi zamanı canına qəsd edib.
Xarici media xəbər verir ki, 20 yaşlı aktrisa “Əli Baba: Döyüşçü əfsanəsi” filminin çəkilişləri zamanı intihar edib.
Onun meyiti soyunub-geyinmə otağında tapılıb. Faciə baş verən zaman onun sevgilisi, aktyor Şizan Məhəmməd Xan da çəkiliş meydançasında olub. Məlumatlara görə, hadisədən az sonra Şizan aktrisanın ölümündə şübhəli bilinərək saxlanılıb.
Aktyor etiraf edib ki, Şarma əvvəllər bir neçə dəfə intihara cəhd edib. Lakin o, sevgilisinin həyatını xilas edə bilib.
Gundelik-Baku.Org