Atası tərəfindən seksual zorakılığa məruz qalan qız intihara CƏHD ETDİ

Atası tərəfindən seksual zorakılığa məruz qalan qız intihara CƏHD ETDİ
Bakıda 18 yaşlı qız intihara cəhd edib.
"Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə paytaxtın Nizami rayonunda baş verib.
2004-cü il təvəllüdlü E.Q. binanın 6-cı mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd edib. Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməkliyi ilə intihar cəhdinin qarşısı alınıb və 18 yaşlı qız polis bölməsinə aparılıb.
İlkin araşdırmalar zamanı o bildirib ki, 8 yaşından atası tərəfindən seksual xarakterli zorakılıq əməllərinə məruz qalır və bu səbəbdən həyatına son qoymaq istəyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Gundelik-Baku.Org