Tanınmış aktrisanın yenə ÇİYNİ ÇIXDI

Tanınmış aktrisanın yenə ÇİYNİ ÇIXDI
Türkiyəli aktrisa Dilan Çiçək Dənizin başına bədbəxt hadisə gəlib.
Türkiyə mətbuatının məlumatına görə, aktrisa qolunu qapıya vurub və yenidən çiyini çıxıb.
Uşaqlıqdan hipermobillikdən əziyyət çəkən Dilanın artıq üçüncü dəfədir ki, bu hadisə başına gəlir. İllərdir voleybolla məşğul olan 26 yaşlı aktrisa çiyinin tez-tez yerindən çıxması səbəbindən bu idman növünü də atmalı olub.
Qeyd edək ki, Dilan Çiçək Dəniz bu yaxınlarda özündən 11 yaş böyük sevgilisi ilə yollarını ayırıb.
Gundelik-Baku.Org