Uill Smiti çəkiliş meydançasında zəncirləyib açarları itirdilər

Uill Smiti çəkiliş meydançasında zəncirləyib açarları itirdilər
Amerikalı aktyor Uill Smit Antuan Fukuanın “Liberation” (“Azadlıq”) filminin çəkiliş meydançasında zəncirləndiyini və onların açarlarının itirildiyini bildirib.
Köləlikdən qaçan personajının taxdığı metal yaxalı zənciri açarsız çıxarmaq mümkün olmayıb.
Aktyor həmin dəqiqələrdə ciddi şəkildə həyəcanlandığını deyib. O, bu halda 15 dəqiqə keçirməli olub. Bundan sonra prodüser nəhayət ki, açarları tapıb.
Qeyd edək ki, triller real hadisələrə əsaslanır. Filmin premyerası 2 dekabr 2022-ci ildə baş tutub.
Mənbə: gazeta.ru


Gundelik-Baku.Org