Bu məşhurları tənqid etdi

Bu məşhurları tənqid etdi
Türkiyəli tənqidçi Murat Tolqa Şen  "2. sayfa" verilişində qonaq olarkən məşhur simaları tənqid edib. 
O, verilişdə ilk olaraq aktrisa Beren Saatın adını çəkib. Belə ki, Murat  aktrisanın uğurunun rol aldığı ekran işi ilə bağlı olduğunu və onun aktyorluq bacarığından zövq almadığını bildirib.
Həmçinin o,  aktrisa Bergüzar Korelin karyerasının əvvəllərində daha peşəkar olduğunu, sonra izə zəif performans göstərdiyini qeyd edib. Tənqidçi aktrisa Pınar Denizin isə məşhurlaşdıqca təbiiliyini itirdiyini vurğulayıb.
Məşhur aktrisa Hande Erçel də tənqidlərdən yan keçə bilməyib. Murat onun ünvanına "Hande ancaq istedadından danışılmasını istəyirsə, gərək susaq. Onda hər hansı bacarıq görmürəm" deyə, söyləyib.
Tənqidçi son olaraq aktyor Can Yamanın adını çəkib. "Canın aktyorluğunu heç vaxt bəyənməmişəm, bəyənməyəcəyəm də. O, aktyor kimi deyil, yaraşıqlı biri kimi karyera qurub”,- deyə, Murat fikirlərini bildirib. 
Gundelik-Baku.Org