Məşhur cütlük yenidən ayrıldı

Məşhur cütlük yenidən ayrıldı
Türkiyənin məşhur cütlüyü aktyor Aras Bulut İynəmliylə aktrisa Bige Önal yenidən ayrılıb.
Cütlüyün ayrılmasına səbəb Arasın hazırki layihələri ilə bağlı vaxtının az olmasıdır. Aktyorun çəkiliş meydançasında yaşadığı gərginliyi Bigeyə də yansıtmasının ardından ikili qarşılıqlı olaraq ayrılıq qərarı alıb. 
Xatırladaq ki, cütlük 6 illik münasibətin ardından bir müddət əvvəl də eyni qərarı almış, lakin daha sonra yenidən bir araya gəlmişdilər.
Qeyd edək ki, Aras hazırda "Atatürk" serialının çəkilişlərində iştirak edir.
Gundelik-Baku.Org