“Lyubov” filmi ilə tanınan aktrisa Violeta Doneva Sofiyada mənzilində qətlə yetirilib.

“Lyubov” filmi ilə tanınan aktrisa Violeta Doneva Sofiyada mənzilində qətlə yetirilib.
Bu barədə BNT məlumat yayıb. Qeyd olunub ki, 79 yaşlı bolqar aktrisanın meyiti polis tərəfindən aşkarlanıb.
Ulduzun bədənində zorakı ölüm əlamətləri tapılıb. Hazırda əsas şübhəli aktrisanın psixi pozğunluğu aşkarlanan yaxın qohumlarından biridir.
Qeyd edək ki, Donevanın oynadığı "Sevgi" filmi 1973-cü ildə VIII Moskva Beynəlxalq Film Festivalının Qızıl Mükafatını alıb.
Gundelik-Baku.Org