Rusiyada azərbaycanlı meşədə intihar etdi

Rusiyada azərbaycanlı meşədə intihar etdi
Rusiyada azərbaycanlı oğlan intihar edib.
Yerli media bildirir ki, hadisə iki gün əvvəl Domodedovo şəhərinin Don şossesində meşədə qeydə alınıb. Amil (şərti adla) adlı 17 yaşlı oğlan meşəlik ərazidə özünü öldürüb.
İntiharın səbəbləri məlum deyil.
İlkin məlumatlara görə, Amilin atasının mağazası onun intihar etdiyi ərazidə yerləşir. Belə ki, atası onu axşam saatlarında pul qarşılığında yanına köməyə çağırıb. Lakin gecə saatlarında ata mağazada oğlunu tapmayıb. Satıcı ilə brigə fənər götürərək onu axtarmağa başlayıblar. Nəticədə onun meyiti meşəlik ərazidə aşkar edilib.
Məlumata görə, yeniyetmənin meyiti tapılarkən üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun kiminləsə ədavəti olmadığı bildirilir.
Hazırda araşdırma aparılır.
Gundelik-Baku.Org