Fransada baş verən iğtişaşlarda 227 nəfər həbs edilib

Fransada baş verən iğtişaşlarda 227 nəfər həbs edilib
Fransanın Qətərdə keçirilən dünya çempionatında Argentinaya məğlub olmasından sonra Parisdə və Fransanın digər yerlərində iğtişaşlar olub.
Fransanın "Le Figaro" qəzeti xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumatda ümumilikdə 227 nəfərin həbs edildiyi bildirilib. 
Həbs olunanlardan 47-si paytaxt Paris və ətraf qəsəbələrdə qeydiyyatda olub.
Etiraz aksiyasının iştirakçılarını dağıtmaq üçün 2750-si Parisdə olmaqla ümumilikdə 14 min polis cəlb edilib.
Gundelik-Baku.Org