Qadın "maşınımı vurdun" deyib ambulans sürücüsünü bıçaqladı

Qadın "maşınımı vurdun" deyib ambulans sürücüsünü bıçaqladı
Türkiyədə qadın sürücü ətrafdakılara dəhşət yaşadıb.
Yerli media xəbər verir ki, hadisə İstanbulun Başakşehir adlanan ərazisində baş verib. Qadın sürücü onun avtomobilinə çırpıldığını iddia edərək, ambulans sürücüsünə bıçaqla hücum edib. Bu zaman o, ambulans sürücüsü qolundan bıçaqlayıb. Şoka düşən sürücü və həkimlər qorxularından avtomobilin içərisində polisin gəlməyini gözləyiblər.
Bu zaman yoldan keçən jurnalist hadisəni çəkmək istəyib. Qadın bu dəfə ona da bıçaqla hücum edərək "məni narahat etdin" deyib.

Gundelik-Baku.Org