Evində ÖLDÜ, 15 il sonra meyiti TAPILDI

Evində ÖLDÜ, 15 il sonra meyiti TAPILDI
Moskvanın qərbindəki Berzarina küçəsində yerləşən mənzilin sakinləri 15 il ölü qonşusu ilə yaşayıblar. 
Xarici KİV bildirir ki, mənzillərin birinin 63 yaşlı sakini polisə müraciət edərək meyitin tapılması barədə məlumat verib.
Araşdırmalar nəticəsində mərhumun 1954-cü il təvəllüdlü olması məlum olub. İlkin məlumata görə, kişi 10 ildən çox əvvəl ürək çatışmazlığından dünyasını dəyişib. Qonşu isə onu 15 ildir görmədiyini deyib.
Sakin bildirib ki, həmin şəxs tez-tez içki içir və evə şübhəli adamlar gətirirmiş. 2007-ci ildən isə yoxa çıxıb.
Qonşunun sözlərinə görə, onun itməsi ilə bağlı dəfələrlə polisə müraciət etsə də, heç bir nəticə olmayıb. 
Gundelik-Baku.Org