Ermənistanda hərbçi özünü tövlədə asdı

Ermənistanda hərbçi özünü tövlədə asdı
Oktyabrın 20-də Vayotsdzor bölgəsində faciəli hadisə baş verib.
Ermənistan mediası xəbər verir ki, saat 12:50-də Yeheqnador polis şöbəsinə Vayotsdzor bölgəsindəki kəndlərdən birində tövlədə kişi meyitinin tapılması barədə məlumat daxil olub.
Hadisə yerinə gedən hüquq-mühafizə orqanlarının əməkdaşları 44 yaşlı kənd sakininin meyitini adıçəkilən evin tövləsində asılmış vəziyyətdə aşkar ediblər. Yaxınlarının sözlərinə görə, sonuncu intihar edib.
Məlumata görə, Zorayr D. müqaviləli hərbi qulluqçu olub.
Gundelik-Baku.Org