Cəlilabadda azyaşlı dərmandan, qadın isə naməlum maddədən zəhərləndi

Cəlilabadda azyaşlı dərmandan, qadın isə naməlum maddədən zəhərləndi
Cəlilabad rayonunda azyaşlı dərmandan, qadın isə naməlum maddədən zəhərlənib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisələr rayonun ayrı-ayrı kəndlərində qeydə alınıb.
Belə ki, Bəcrəvan kənd sakini 3 yaşlı G.Abasova qəbul etdiyi dərmandan zəhərlənib.
Daha bir analoji hadisə isə rayonun Kövüzbulaq kəndində baş verib. Belə ki, kənd sakini 1976-ci il təvəllüdlü R.Ağayeva naməlum maddədən zəhərlənib.
Hər iki şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. R.Ağayeva reanimasiya şöbəsinə yerləşdirilib.
Hər iki faktla bağlı araşdırmalara başlanılıb.
Gundelik-Baku.Org