İndoneziyada zəlzələdən 3 gün sonra 5 yaşlı uşaq dağıntılar altından çıxarılıb

İndoneziyada zəlzələdən 3 gün sonra 5 yaşlı uşaq dağıntılar altından çıxarılıb
Azka adlı uşaq dağıntılar altından sağ-salamat xilas edilib. İlk yardım qrupları uşağa ilkin tibbi yardım göstərib, daha sonra uşaq ailəsinə qovuşub. Azkanı xilas edən qruplar möcüzəli oğlanın ilk sözlərinin 'Mən anamı istəyirəm' olduğunu açıqlayıb. Azkanın evində olan 5 nəfərdən yalnız babası və kiçik qardaşını xilas etmək mümkün olub.
Gundelik-Baku.Org