Avropa Komissiyası Ukraynaya 500 milyon avro göndərdi

Avropa Komissiyası Ukraynaya 500 milyon avro göndərdi
Avropa Komissiyası mikromaliyyə yardımı proqramı çərçivəsində Ukraynaya 500 milyon avro göndərib. 
Bu barədə AK-nin mətbuat xidməti məlumat dərc edib. 
Bu, 2022-ci ilə planlaşdırılan üçüncü və sonuncu tranşdır. Cari məbləğin köçürülməsindən sonra hərbi əməliyyat başlayandan Ukrayna tərəfinə göstərilən yardımın həcmi 7,5 milyard avroya çatıb.
"Gələn il Ukrayna 18 milyard avroluq kredit yardımı proqramı alacaq, ilk ödəniş ilin əvvəlində gözlənilir", - deyə məlumatda bildirilir.
Gundelik-Baku.Org