Əfqanıstanda tuneldə faciə - 31 ÖLÜ

Əfqanıstanda tuneldə faciə - 31 ÖLÜ
Əfqanıstanın Pərvan əyalətinin Salanq aşırımında yük maşını yanıb. 
Xarici KİV xəbər verir ki, dağ tunelində baş verən hadisə nəticəsində 31 nəfər ölüb. 
Ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman bildirib: "Salanq tunelində baş verən yanğın yerindən azı 31 ölü, o cümlədən 37 yaralı təxliyə edilib". 
O, ölənlərin sayının arta biləcəyini əlavə edib.
Gundelik-Baku.Org