Rusiyada daha bir ticarət mərkəzində güclü yanğın

Rusiyada daha bir ticarət mərkəzində güclü yanğın
Rusiyanın Balaşixa şəhərində (Moskva vilayəti) “Stroypark” ticarət mərkəzində yanğın başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım xidməti cəlb olunub. Təxliyə prosesinə başlanılıb. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Yanğına üçüncü çətinlik dərəcəsi verilib.
Xatırladaq ki, bir neçə gün öncə Moskva vilayətində “Meqa Ximki” ticarət mərkəzinin yerləşdiyi binada yanğın baş verib. Yanğına səbəb binada aparılan qaynaq işləri olub. Faciə nəticəsində bir nəfər həlak olub.


Mənbə: İzvestiya
Gundelik-Baku.Org