Zəlzələ xəstəxananı DAĞITDI: 20 ölü, 300 yaralı

Zəlzələ xəstəxananı DAĞITDI: 20 ölü, 300 yaralı
İndoneziyada 5,6 bal gücündə zəlzələ baş verib.
Xarici medianın məlumatına görə, zəlzələ nəticəsində ölkə xəstəxanalarından biri dağılıb.
Bildirilir ki, xəstəxananın yıxılması zamanı 20 nəfər ölüb, 300 nəfər yaralanıb. Ölənlərin sayının artacağı istisna deyil.
Bundan əlavə, başqa yaşayış binalarına da ciddi ziyan dəyib.
Qeyd edək ki, keçən həftə də İndoneziya sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınmışdı.
Gundelik-Baku.Org