Yunanıstan Türkiyəyə yardım təklif etdi

Yunanıstan Türkiyəyə yardım təklif etdi
Yunanıstan Türkiyəyə Bartın şəhərində kömür mədənində baş verən partlayışla bağlı öz yardımını təklif edib.
Bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis öz rəsmi tviter hesabında paylaşım edib.
“Türkiyənin Bartın vilayətində baş verən dəhşətli partlayış və insan tələfatı barədə xəbərlər məni kədərləndirdi. Yunanıstan sağ qalanların axtarışına kömək etmək üçün dərhal yardım göndərməyə hazırdır”, - deyə Baş nazir qeyd edib. 
Xatırladaq ki, dünən Bartında axşam saatlarında baş verən hadisə nəticəsində 40 nəfər həlak olub. Xilas edilən 58 mədənçinin 11-nin isə xəstəxanalarda müalicəsi davam edir.
 

Gundelik-Baku.Org