Ukraynaya yardımın ümumi məbləği artıq 113 milyard avroya çatıb

Ukraynaya yardımın ümumi məbləği artıq 113 milyard avroya çatıb
Ukrayna hazırda bütün sivil dünyanın demokratiyasını qorumağa çalışır, ona görə də onun dəstəyini xeyriyyəçilik hesab etmək olmaz. Bu həftəyə olan yardımın ümumi məbləği artıq 113 milyard avroya çatıb.
Bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko “AP” agentliyinə müsahibəsində bildirib.
“Ukraynaya dəstək xeyriyyəçilik deyil. Biz bütün sivil dünyanın azadlığını və demokratiyasını qorumağa çalışırıq”, - deyə o bildirib.
Marçenkonun sözlərinə görə, Ukraynanın maliyyə dəstəyi inkişaf etmiş ölkələrin 2008-ci il qlobal maliyyə böhranı və COVID-19 pandemiyası kimi fövqəladə hallarla mübarizəyə xərclədiyi vəsaitlə müqayisədə əhəmiyyətsizdir.
Gundelik-Baku.Org