Almaniya bu təyyarələrə 10 milyard avro xərcləyəcək

Almaniya bu təyyarələrə 10 milyard avro xərcləyəcək
Rusiyanın Ukraynaya hücumu fonunda Almaniya ABŞ-ın “Lockheed Martin” şirkətinin istehsalı olan ən son F35A Lightning II qırıcılarından 35 ədədinin alınması üçün 10 milyard avro ayıracaq.
Bu barədə “Bloomberg” nəşri məlumat yayıb. 
Qeyd olunur ki, bu vəsait 100 milyard avro həcmində xüsusi fonddan ayrılacaq, onun yaradılması barədə kansler Olaf Şolts Rusiyanın Ukraynaya işğalı başlayandan az sonra elan edib. Fond borclarla doldurulmalıdır.
"Plana görə, təyyarələr 2026-2029-cu illər arasında gəlməlidir. Qiymətə həmçinin "hava-yer" raketləri və yerüstü infrastruktur daxildir", - KİV  bildirir.
Gundelik-Baku.Org