Macarıstan Rusiyanın 870 milyon avroluq aktivlərini dondurdu

Macarıstan Rusiyanın 870 milyon avroluq aktivlərini dondurdu
Macarıstan Rusiyanın təxminən 350 milyard forint, yəni 870 milyon avro dəyərində aktivlərini dondurub.
Bu barədə Macarıstanın "Nepszava" nəşri məlumat dərc edib. 
Qeyd edək ki, noyabr hesabatından əvvəl Budapeşt Brüsselə cəmi 3000 avronun ələ keçirilməsi barədə məlumat vermişdi.
Məlumata görə, 870 milyon avro hətta digər Avropa ölkələri ilə müqayisədə əhəmiyyətli məbləğdir. Sanksiyaya məruz qalan əsas aktivlər Macarıstanda aşkar edilib.
Gundelik-Baku.Org