Lənkəranda orta məktəbdə yanğın olub

Lənkəranda orta məktəbdə yanğın olub
Lənkəran şəhərində 1 saylı tam orta məktəbdə yanğın olub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Hadisə yerinə FHN-in 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Qısa müddətdə yanğının qarşısı alınıb. Yanğına elektrik naqillərində baş verən qısaqapanmanın səbəb olduğu deyilir.
Gundelik-Baku.Org