Türkiyənin pilotsuz qırıcısı ilk uçuşunu həyata keçirdi

Türkiyənin pilotsuz qırıcısı ilk uçuşunu həyata keçirdi
Türkiyənin reaktiv pilotsuz qırıcısı “Bayraktar Kızılelma” ilk uçuşunu həyata keçirib.
Bu barədə “Baykar” şirkətinin rəhbəri Səlcuq Bayraktar məlumat verib.
Bildirilib ki, pilotsuz təyyarənin həm aerodroma, həm də kiçik gəmilərə enib-qalxması nəzərdə tutulur.
Qeyd edək ki, “Bayraktar Kızılelma” ilk dəfə avqustda Samsunda keçirilən “Teknofest-2022” festivalında təqdim olunub.




Gundelik-Baku.Org