Rusiyada neft anbarı PARTLADILDI

Rusiyada neft anbarı PARTLADILDI
Rusiyanın Oryol vilayətinin Stalevy Kin kəndində neft çənində partlayış baş verib.
Xarici KİV xəbər verir  ki, bu barədə vilayət qubernatoru Andrey Klıçkov "Telegram"da məlumat verib.
"Bu gün səhər saat 4 radələrində pilotsuz uçuş aparatının Staleviy Kin kəndindəki neft anbarını partladıb. Tələfat yoxdur. Bütün fövqəladə xidmətlər yerində işləyir", - məlumatda deyilir.
Bölgə rəsmiləri partlayışın ehtimal olunan səbəbi kimi pilotsuz təyyarələrin hücumunu araşdırır.  
Gundelik-Baku.Org