Bolqarıstan Bayraktar TB2 SİHA almağı düşünür

Bolqarıstan Bayraktar TB2 SİHA almağı düşünür
Bolqarıstan Bayraktar TB2 SİHA-nı Türkiyədən ala bilər. Bayraktar TB2 SİHA-ların istehsalçısı Baykar şirkətinin nümayəndələri ilə görüş keçirdiklərini bildirən Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov, Baykarın onlara məlumat mübadiləsi və Bolqarıstan şirkətləri ilə əməkdaşlıq imkanı təklif etdiyini, lakin bu layihə haqqında danışmaq üçün hələ tez olduğunu bildirib. ABŞ-ın pilotsuz uçuş aparatları bazarında lider olduğunu qeyd edən Stoyanov layihənin hələ də bazar araşdırması mərhələsində olduğunu qeyd edib. Bolqarıstan mətbuatında yer alan xəbərə görə, Stoyanov pilotsuz uçuş aparatlarının alınmasının 2026-cı ilə qədər Bolqarıstan ordusunun modernləşdirmə planı çərçivəsində həyata keçiriləcəyini və büdcənin böyük ehtimalla 250-500 milyon avro aralığında olacağını bildirib. 
Gundelik-Baku.Org