Türkiyədən terrorçulara növbəti zərbə - 3-ü məhv edildi

Türkiyədən terrorçulara növbəti zərbə - 3-ü məhv edildi
Türkiyə təhlükəsizlik qüvvələri ölkə daxilində və dövlət sərhədi boyunca antiterror əməliyyatlarını davam etdirir.
"Anadolu" agentliyi xəbər verir ki, Şırnak bölgəsində həyata keçirilən “Eren Abluka Sonbahar-Kış-15” antiterror əməliyyatı çərçivəsində terrorçulara növbəti dəfə ağır zərbə vurulub.
Pilotsuz uçuş aparatları da daxil olmaqla aviasiyanın dəstəyi ilə davam etdirilən əməliyyatda Qabar dağı ətrafında üç terrorçu zərərsizləşdirilib.
Bundan başqa, terror təşkilatlarının qanunsuz maliyyə qaynaqlarının kəsilməsi istiqamətində də mühüm tədbirlər görülür.
Məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün Hatay bölgəsində həyata keçirilən xüsusi əməliyyat nəticəsində 117 şübhəli şəxsdən 97-si həbs edilib.
Gundelik-Baku.Org