Türkiyə Rusiyanın Suriyadakı hərbi bazasını vurdu

Türkiyə Rusiyanın Suriyadakı hərbi bazasını vurdu
Türkiyə Suriyanın şimal bölgələrini atəşə tutmağa davam edir. 
"France-Presse" agentliyi xəbər verir ki, dünən Türkiyənin pilotsuz təyyarəsindən atılan raketlərdən biri Rusiyanın Suriyanın şimalındakı hərbi bazalarından birinə düşüb.
Rəsmi Moskva hələlik bu məlumatı şərh etməyib.
Dünən Əl-Qataniya bölgəsindəki neft quyuları, eləcə də Haseke şəhərindəki elektrik stansiyası da Türkiyə zərbələrinin hədəfinə çevrilib.
Gundelik-Baku.Org