Ermənistan İrandan PUA almaq istəyir

Ermənistan İrandan PUA almaq istəyir
Ermənistan İrandan pilotsuz uçuş aparatları (PUA) almaq istəyir. 
Xarici KİV xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı və İranın Ali Rəhbərinin hərbi məsələlər üzrə köməkçisi general-mayor Yəhya Rəhim Səfəvi jurnalistlərə  açıqlamasında bildirib. 
"İran pilotsuz təyyarələrini almağa hazırkı namizəd ölkələr Ermənistan, Tacikistan, Serbiya, Əlcəzair, Venesuela və digər ölkələrdir”, - Səfəvi deyib.
Gundelik-Baku.Org