Türkmənistan hərbi təlimlərində “Bayraktar”dan istifadə etdi

Türkmənistan hərbi təlimlərində “Bayraktar”dan istifadə etdi
Türkmənistanda Hərbi Hava Qüvvələri və ordunun digər bölmələrinin birgə hərbi səhra təlimləri keçirilib.
Təlimlərdə ilk dəfə olaraq Türkiyənin “Bayraktar TB-2” pilotsuz uçuş aparatından istifadə edilib. Uçuş aparatı 5 min metr hündürlükdən və 8 min metr məsafədən hədəfi vurmağa nail olub. Bununla da qarşısına qoyulan tapşırığı uğurlu şəkildə yerinə yetirib.
Təlimdə həmçinin hədəf seçilən təyyarəyə zenit batalyonunun zərbələri də məşq edilib.
Mənbə: “Neytral Türkmənistan”
Gundelik-Baku.Org