Binəli Yıldırım Türkiyəyə təcili yardım təyyarəsi ilə aparılacaq

Binəli Yıldırım Türkiyəyə təcili yardım təyyarəsi ilə aparılacaq
Türkiyəli siyasətçi Binəli Yıldırım Türkiyəyə təcili yardım təyyarəsi ilə aparılacaq. 
Bunu AK Parti sözçüsü Ömər Çelik dünən Qarabağda yol qəzası keçirən AK Parti sədr müavini Binəli Yıldırımın sağlamlıq durumu ilə bağlı açıqlamasında deyib. 
"Tezliklə sağalması üçün dua edən hər kəsə təşəkkür edirik. Sədr müavinimiz Binəli Yıldırım, millət vəkilimiz Şamil Ayrım və cangüdənimiz Oğuzhanın sağlamlıq vəziyyəti çox şükür yaxşıdır. Türkiyəyə təcili yardım təyyarəsi ilə dönəcəyik", - deyə Çelik qeyd edib. 
Gundelik-Baku.Org