Bir ailənin 5 üzvü kəklikotudan zəhərlənib - YENİLƏNİB

Bir ailənin 5 üzvü kəklikotudan zəhərlənib - YENİLƏNİB
Dekabrın 11-i saat 23:26 radələrində 5 nəfər (2-si azyaşlı olmaqla) zəhərlənmə səbəbi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib, saat 02:30 radələrində ambulator müalicə üçün evə buraxılıblar. 
Eyni zamanda həmin şəxslər bu gün yenidən müayinə üçün tibb müəssisəsinə dəvət olunublar.
***10:57
Qaxda bir ailənin 5 üzvü zəhərlənib.
1958-ci il təvəllüdlü Xanım Xəlilova, 1982-ci il təvəllüdlü Məhəmməd Xəlilov və Günay Mahmudova, eləcə də 2 azyaşlı qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət edib. Onların kəklikotu çayı içdikdən sonra vəziyyətlərinin pisləşdiyi ehtimal olunur.
Qeyd edək ki, zəhərlənən Günay Mahmudova Şəki regional Təhsil şöbəsində müdir müavini vəzifəsində çalışır. 
Gundelik-Baku.Org