İran rejimi daşıyıcı kosmik aparatlar hazırlayacaq

İran rejimi daşıyıcı kosmik aparatlar hazırlayacaq
Ən azı iki İran peyki Nahid 1 və Nahid 2 yaza qədər kosmosa buraxılacaq.
Bu barədə bazar günü İranın informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur IRNA-ya müsahibəsində bildirib.
Nazir qeyd edib ki, daha bir peyk buraxılış növbəsini gözləyir.
Zarepur həmçinin ilin sonuna qədər ən azı iki daşıyıcı aparat hazırlamaq planlarından danışıb, lakin onların buraxılış tarixləri məlum deyil.
Qeyd edək ki, Nahid seriyalı peyklər İranda Kosmik Tədqiqatlar İnstitutu tərəfindən qurulmuş telekommunikasiya peykləridir. O, ilk dəfə 2015-ci ilin fevralında təqdim edilib.
Gundelik-Baku.Org