Orbitdə yeni kosmik stansiyanın montajı başa çatdı

Orbitdə yeni kosmik stansiyanın montajı başa çatdı
Çinin kosmik stansiyası montaj işlərini başa çatdırıb.
Bu barədə Çinin Pilotlu Kosmos Uçuş Proqramı İdarəsi xəbər verib.
Bildirilir ki, Pekin vaxtı ilə saat 09:32-də (Bakı vaxtı ilə 05:32) “Mentyan” eksperimental modulu “Tyanhe” əsas modulunun yan limanı ilə uğurla birləşərək “T” formasını alıb.
Gələcəkdə stansiyanın funksional sınaqlardan keçməli olacağı vurğulanır.
Həmçinin bu gün çinli astronavtların (“Şençjou-14” ekipajının üzvləri) “Mentyan” moduluna daxil olacaqları gözlənilir.
Mənbə: TASS






Gundelik-Baku.Org