Ukraynaya işləyən rusiyalı polis saxlanıldı

Ukraynaya işləyən rusiyalı polis saxlanıldı
Belqorod vilayətində bir polis əməkdaşı Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasından məlumatları Ukrayna kəşfiyyatının agentinə ötürməkdə şübhəli bilinir.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb. 
Bildirilir ki, adı açıqlanmayan polis Ukrayna kəşfiyyatı üçün işləyirmiş. 
Onun barəsində “Ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri ilə cinayət işi açılıb. 
Gundelik-Baku.Org