Hindistan ballistik raketi sınaqdan keçirib

Hindistan ballistik raketi sınaqdan keçirib
Hindistan donanmasının sualtı ballistik raketi (SLBM) sınaqdan keçirdiyi bildirilir.
Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada, "Əvvəlcədən müəyyən edilmiş məsafədə sınaqdan keçirilən raket, Benqal körfəzindəki hədəfi tam zərbə ilə vurub. Silah sisteminin bütün əməliyyat və texnoloji parametrləri yoxlanılıb".-deyə bildirilib.
Açıqlamada, ballistik raket sınağı ilə sualtı gəmi heyətinin kafi olması və Hindistanın nüvə qarşısının alınmasının sübut edildiyi bildirilib.
Qeyd olunub ki, raket etibarlı, çəkindirici, möhkəm və davamlı imkanlara malikdir.
ABŞ, Rusiya, Çin, Fransa və İngiltərədən sonra Hindistan sualtı qayıqlardan ballistik raket atmaq imkanına malik 6-cı ölkə oldu.
Hindistan 2016-cı ildə baş nazir Narendra Modinin göstərişi ilə raketin buraxıldığı "INS Arihant" adlı ilk nüvə sualtı qayığının tikintisinə başlayıb.
Gundelik-Baku.Org