Sergendən ağır qəza sonrası ilk paylaşım

Sergendən ağır qəza sonrası ilk paylaşım
Amasyada baş vermiş avtomobil qəzasından sonra ağır yaralanan aktyor Sergen Deveci xəstəxanadan paylaşım edib.
Sənətçi instaqramda fotosunu paylaşaraq, özünü yaxşı hiss etdiyini qeyd edib.
“Daha yaxşıyam, yemək yeyirəm və reaksiya verirəm. Sadəcə dostlarımızı itirməyin acısını hiss edirəm... İtirilmiş canlarımıza Allahdan rəhmət diləyirəm... Qısa müddətdə sevginizi dərindən hiss etdim. Ömrümün ikinci baharının geriyə qalan hissəsini bu sevgiyə layiq olmağa çalışacam”, - deyə, Sergen bildirib.
Xatırladaq ki, “Baş belası” tamaşasının komandasını aparan avtobus Amasyada yük maşını ilə toqquşub. Nəticədə 8 nəfər yaralanıb, 3 nəfər vəfat edib.

Gundelik-Baku.Org