Gökhan Özen infarkt keçirdi

Gökhan Özen infarkt keçirdi
Mahnıları ilə bir dövrə damğasını vuran məşhur müğənni Gökhan Özen infarkt keçirib.
Evində pisləşərək xəstəxanaya aparılan müğənni sosial media hesabında səhhəti ilə bağlı məlumat verib. 
O, paylaşımında  "Dünən gecə yarısı Los-Ancelesdəki evimdə infarkt keçirdikdən sonra xəstəxanada bir müddət nəzarət altında qaldım.  İstəməzdim belə xəbərləri sizinlə paylaşım. Stressdən uzaq, çox sakit bir həyat sürməyi planlaşdırıram", -  deyə o bildirib. 
43 yaşlı müğənni hazırda evə buraxıldığını,  özünü yaxşı hiss etdiyini açıqlayıb. 
Gundelik-Baku.Org