“iPhone 14”ün tədarükü təxirə salındı

“iPhone 14”ün tədarükü təxirə salındı
“iPhone 14”ün dünya üzrə tədarükü gələn ilə təxirə salınıb.
Sifarişlər yanvarın 3-dən tez olmayaraq müştərilərə çatdırılacaq. Bu barədə “My Drivers” portalı məlumat yayıb.
Əgər əvvəl sifariş verdikdən sonra gözləmə müddəti 4-5 həftə idisə, indi bu proses yanvar ayına qədər çəkəcək. Buna səbəb “Apple”ın şəriki Foxconn-a məxsus Çjençjou şəhərindəki dünyanın ən böyük “iPhone” fabrikində yaranan problemlərdir. Çində COVID-19-la əlaqədar olaraq fabrikdə blokada tətbiq olunub və bu, istehsala birbaşa təsir edib.
Əvvəllər 85 milyon smartfonun planlaşdırıldığına baxmayaraq, cari ildə yalnız 79 milyon cihazın göndəriləcəyi bildirilib.
Gundelik-Baku.Org