“Apple” problemli “iPhone”ları yenisilə dəyişməyi təklif etdi

“Apple” problemli “iPhone”ları yenisilə dəyişməyi təklif etdi
Ən bahalı “Apple” smartfonlarının istifadəçiləri ekranla bağlı texniki qüsur aşkar ediblər.
Nasazlıq “iPhone 14 Pro” və “14 Pro Max” modellərində müşahidə olunub. İstifadəçilərin sözlərinə görə, telefonların ekranlarında yaşıl və sarı üfüqi zolaqlar aşkar edilib. Onlar adətən cihazın kilidi açıldıqda peyda olur.
Problemi tədqiq edən həvəskarlar onun smartfonların əməliyyat sistemi ilə bağlı ola biləcəyini bildiriblər.
Qeyd edilib ki, “Apple” artıq qüsuru etiraf edib və problemli telefonu yenisi ilə dəyişməyi təklif edir.
Mənbə: lenta.ru
Gundelik-Baku.Org