Qiyməti 200 min manatdan çox olan yeni “iPhone” MODELİ

Qiyməti 200 min manatdan çox olan yeni “iPhone” MODELİ
“iPhone 14 Pro Max”ın lüks dizaynlı xüsusi versiyası təqdim edilib.
Bu telefonun dizaynı ilə yanaşı, qiyməti də diqqət çəkib.
Məlumata görə,  bu “iPhone” modelinin qiyməti 2.5 milyon tl (təxminən 228 min manat)  dəyərindədir.
Smartfonun yeni görkəmi tanınmış dizayn markası olan “Caviar”ə məxsusdur. Bu telefonun arxa hissəsinə “Rolex” saat yerləşdirilib və brilyantlarla bəzədilib. Rolex saatın qiyməti isə təxminən 12 min manatdır.
Şirkət rəsmiləri smartfonun yeni dizaynını misilsiz adlandırıb və artıq sifariş qəbuluna başladıqlarını açıqlayıblar.
Qeyd edək ki, “Caviar” daha əvvəl 80 milyon illik olduğu düşünülən dinozavr dişi ilə bəzədilmiş “iPhone” və 18 karatlıq qızıl “AirPods” örtüyü istehsal etmişdi.
Gundelik-Baku.Org