Bu telefon şirkəti gələcəkdə bazarı ƏLƏ ALACAQ

Bu telefon şirkəti gələcəkdə bazarı ƏLƏ ALACAQ
“Nothing” şirkətinin qurucusu Karl Pei “Apple”in telefon bazarının 80 faizini ələ alacağını bildirib.
“CNBC” kanalının məlumatına görə, yeni smartfon brendlərinin çıxmasına baxmayaraq “Apple” bazarda güclü mövqeyi ilə diqqət çəkir.
Karl Pei gələcəkdə telefonla yanaşı, İT sahəsində də bu brendin üstünlük təşkil edəcəyini açıqlayıb:
"Elə bir zaman gələcək ki, “Apple” bir çox texnoloji sahələrdə hakimiyyəti ələ alacaq. Artıq Android əsaslı istehsalçıların davam etməsi üçün kifayət qədər yer qalmayıb”.
Karl “iPhone”ların əsasən yeni nəsil arasında populyarlığını da vurğulayıb.
Qeyd edək ki, “Apple” istifadəçiləri “iMessage” və “AirDrop” kimi xidmətlər sayəsində ekosistemə möhkəm bağlıdırlar.
Gundelik-Baku.Org