Gələn il “iPhone”da bu dəyişiklik olacaq

Gələn il “iPhone”da bu dəyişiklik olacaq
2023-cü ildə Apple şirkəti “iPhone” modellərində güc və səs səviyyəsi düymələrindən imtina edəcək.
Bu barədə “9to5Google” portalı məlumat yayıb. Analitik Ming-Chi Kuo proqnozlaşdırır ki, iPhone 15-in “Pro” versiyalarında hissi düymələr olacaq.
Bundan əlavə, Kuo hesab edir ki, Apple-dan sonra Android smartfonlarının bütün əsas istehsalçıları bu düymə dizaynını qəbul edəcəklər.
Qeyd olunur ki, bu həll smartfonun suya davamlılıq xüsusiyyətlərini yaxşılaşdıracaq.
Gundelik-Baku.Org