Moskva aeroportunun işi iflic oldu

Moskva aeroportunun işi iflic oldu
Rusiyanın Moskva vilayətində yerləşən hava limanlarında yağan şiddətli yağışla əlaqədar ümumilikdə 42 reys təxirə salınıb.
Bildirilir ki, təkcə “Şeremetyevo” hava limanında 22 aviareys təxirə salınıb, iki reys ləğv edilib.
“Vnukovo” hava limanında isə beş aviareys gecikib, ikisi ləğv edilib.
“Domodedovo” hava limanında isə 15 reys təxirə salınıb, dörd reys ləğv edilib.

 
Gundelik-Baku.Org