"Iphone 15" üçün yeni iddia - Qiyməti dodaq uçuqladan olacaq!

"Iphone 15" üçün yeni iddia - Qiyməti dodaq uçuqladan olacaq!
Hər il yeni modeli ilə texnologiyasevərlərin qarşısına çıxan Apple üçün yeni iddia ortaya atılıb.
Haber türk xəbər verir ki, iPhone 15-in xüsusiyyətləri və qiymətinin bazara sızdığı bildirilir.
İddialara görə, yeni modeldə telefonların korpusu titandan olacaq. Bundan başqa, yeni model üçün iOS 17 versiyası da gətiriləcək.

2023-cü ilin sentyabr ayında satışa çıxarılacaq İphone 15 üçün iddia edilən rəqəmlər belədir:
iPhone 15: 799 dollar (1360 manat)
iPhone 15 Plus: 999 dollar (1700 manat)
iPhone 15 Pro: 1099 dollar (1870 manat)
iPhone 15 Ultra: 1299 dollar (2010 manat)
iPhone 15 Ultra 1TB yaddaş: 1799 dollar (3060 manat)
Bu qiymətlərin ABŞ-də keçərli olacağı təxmin edilir. 
Gundelik-Baku.Org