Ukraynada rus hərbçiləri mühasirəyə düşdü

Ukraynada rus hərbçiləri mühasirəyə düşdü
Ukrayna ordusu strateji əhəmiyyət kəsb edən Liman qəsəbəsini azad edib.
“UNIAN” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin şimalında yerləşən Liman qəsəbəsini azad edib, ərazidəki rus hərbçiləri mühasirəyə alınıb.
Qeyd edək ki, Liman qəsəbəsi Donetsk vilayətində Kramatorsk və Slavyanskdan sonra əsas nəqliyyat qovşaqlarının mərkəzində yerləşir.
Xatırladaq ki, Ukrayna ordusunun avqustun sonlarından etibarən, intensivləşdirdiyi hücumlar nəticəsində Xarkov vilayətinin İzyum və Kupyansk qəsəbələri ilə yanaşı Donetsk vilayətinin Liman qəsəbəsi də rus hərbçilərindən təmizlənib. 
Gundelik-Baku.Org