Paşinyan Ərdoğanla görüşəcək?

Paşinyan Ərdoğanla görüşəcək?
Oktyabrın 6-7-də Praqada Aİ-nin qeyri-rəsmi sammiti keçiriləcək və ona həm Ermənistan, həm də Türkiyə liderləri dəvət olunub.
Bu barədə "Hraparak" nəşri məlumat yayıb.
Nəşr bildirir ki, bir neçə gün əvvəl Türkiyə prezidenti Ərdoğan Praqada planlaşdırılan Aİ sammiti çərçivəsində Nikol Paşinyanla görüşməyə hazır olduğunu açıqlayıb. 
Bundan sonra Ermənistan XİN də belə bir ehtimalı istisna etməyib.
"Praqada keçiriləcək tədbir zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş istisna deyil. Eyni zamanda, indiyədək belə bir görüş təsdiqini tapmayıb". 
"Hökumət Paşinyanın Praqaya gedib-getməyəcəyi və belə bir görüşün gözlənilən olub-olmaması ilə bağlı rəsmi məlumat verməyə tələsmir", - deyə KİV qeyd edib. 
Gundelik-Baku.Org