İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış etdi - YENİLƏNİB

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış etdi - YENİLƏNİB
Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
İclasda iştirak edən dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.
Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi.
Qazaxıstan Respublikasın Prezidenti Kasım-Jomart Tokayev iclası açıq elan etdi.
MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev gündəlikdə duran məsələlər barədə məlumat verdi.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi.
***09:38
Qazaxıstanın paytaxtı Astana şəhərində MDB Dövlət Başçıları Şurasının sammiti başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir.
Sammitdə MDB-nin 2023-2025-ci illər üçün terrorizm və ekstremizmlə mübarizə üzrə yenilənmiş proqramı, MDB-yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi statusunun verilməsi, MDB-yə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması müzakirə olunur.
  • İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış etdi - YENİLƏNİB

Gundelik-Baku.Org