Qazaxıstanda parlament seçkisinin vaxtı açıqlandı

Qazaxıstanda parlament seçkisinin vaxtı açıqlandı
Qazaxıstan qanunverici orqanına seçki 2023-cü ilin birinci yarısına təyin edilib.
Bu barədə Respublika Məclisinin (parlamentin aşağı palatası) spikeri Yerlan Koşanov bildirib.
“Bunu (Qazaxıstan) prezidenti elan edəcək”, - deyə Koşanov səsvermə vaxtı ilə bağlı sualı cavablandırarkən deyib.
2021-ci il yanvarın 10-da Milli Məclisə keçirilən seçkidən sonra hakim “Nur Otan” (sonradan “Amanat” adlandırılıb) partiyası 71,09 faiz, Qazaxıstan Xalq Partiyası 9,10 faiz, “Ak Jol” (“İşıqlı Yol”) partiyası 10,95 faiz səs toplayıb. Seçkilərdə iştirak edən daha iki partiya yeddi faizdən az səs toplayıb və parlamentə daxil olmayıb. Seçici fəallığı 63,25 faiz olub.
Mənbə: TASS
Gundelik-Baku.Org