Türkiyə lideri Qazaxıstana gedəcək

Türkiyə lideri Qazaxıstana gedəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 12-13-də Astanaya gedəcək.
Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, oktyabrın 13-də prezident Kasım-Jomart Tokayevin sədrliyi ilə Asiyada əməkdaşlığın və etimad vasitələrinin gücləndirilməsi üzrə Konfransın VI Zirvə Toplantısı keçiriləcək.
Konfrans çərçivəsində Qazaxıstan prezidentinin dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların rəhbərləri ilə bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
Gundelik-Baku.Org